SON XƏBƏR

Kəlbəcərdə çörək sexində işçilərin əmək haqqı kəsilib

Sentyabr 14
12:37 2021
Kəlbəcərdə çörək sexində işçilərin əmək hüquqları pozulub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu barədə rayonun rayon İstibulaq kənd sakini Məmmədquluyev Həsrət Elman oğlu Kəlbəcər rayon Prokurorluğuna müraciət edib.

O bildirib ki, çalışdığı, rayon ərazisində yerləşən çörək sexində əmək hüquqları pozulub.

Müraciət üzrə əhəmiyyət kəsb edən şəxslərin izahatları alınaraq, o cümlədən digər zəruri tədbirlər görülüb.

Araşdırmanın nəticəsində məsələ müsbət həllini tapıb və H.Məmmədquluyevin müraciəti təmin olunub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook