SON XƏBƏR

Kəlbəcər təhsilinə kim rəhbərlik edir? - FOTO

Mart 03
11:41 2022
"Son bir ildə Təhsil Nazirliyi tərəfindən kadr siyasətində ciddi səhvlər baş verir. Savadı və ixtisası olmayanlar hansı yollarlasa vəzifə başına gətirilir və təhsilimiz acınacaqlı vəziyyətə düşür. Bir o qalıb ki bacarıqlı bir usta tapıb qoyalar rəhbər, bəlkə tökülüb-söküləni düzəldə! Sözün əsl mənasında bu rayonun təhsilinə "təmir " lazımdır, özü də rus demiş "kapitalnı". Bəli, elə peşə məktəbinin təmir ustası olmuş Namiq Rəcəbov kimi... Təhsil Nazirliyi tərəfindən qoyulub Kəlbəcər təhsilinin başına. Son vaxtlara qədər rayon təhsili ancaq yaxşı xəbərlərlə gündəmdə olunurdu. Nə yazıq ki, yeni təyin olunmuş yanlış kadr olan Namiq Rəcəbov "yeyib-içən oglan" imici qazansa da, bu ona bəs eləmir, Kəlbəcər təhsilində də "yeni kəşflər" etmək istəyir."

Teref.az-a məlumat verən mənbə bildirir ki, Təhsil haqqında Qanunda və Rayon Təhsil Şöbəsinin Əsasnaməsində qeyd olunub ki, şöbə müdiri vəzifəsini daşıyan şəxsin ali pedoqoji təhsili və 5 ildən artıq pedoqoji stajı olmalıdır. Ancaq bu kateqoriyaların hec biri olmayan, yalniz ixtisas kursu keçmiş birisi necə təhsil şöbəsi müdüri kimi məsul bir vəzifəni yerinə yetirə bilər?. Hansı pedoqoji fəaliyətinə görə Nazirlik bu şəxsi belə bir məsul vəzifəyə təyin edib. Təyin olunan bu kadr inşaat mühəndisi ixtisaslıdır. Bu necə olur?" Təhsil Nazirliyimiz niyə bu məntiqlə kadr islahatı aparır? İxtisasartırma kursu keçsək, deməli, onda hər bir sahədə rəhbər ola bilərik?!. Müdir qalsın bir yana, bəs, niyə qanunvericiliyin tələbləri pozularaq təhsil şöbəsindəki vəzifə daşıyan inspektorlar da 5 ildən artıq pedoqoji təcrübəsi olmayan kəslərdir. Hər halda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi vaxt tapıb monitorinq aparsa Təhsil şöbəsini çox guman qapısına möhür vurar.
 


Mənbə sual edir ki, şöbədə hansı təhsil ocağına dogru-düzgün invertar və ya təsərrüfat malları verilib. 109 təhsil ocağından 1-2-si təmin ola ya olmaya. Bir müəllim bildirir ki, sinif bağlanmasın deyə yığılan pullar dodaq uçuqladır. Harda "çörək" yoxdur ora bağlanır. Harda "çörək" var o da qalır, çox ağıllı adamdır yeni müdir, sözün həqiqi mənasında əsl biznesmendir.

Əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, Gəncə 8 saylı ərazi maliyyə hesablaşma mərkəzi və Kəlbəcər rayon təhsil şöbəsi arasındakı son bir neçə aydakı qalmaqallar səngimir. Araşdırmamızdan və bizə verilən məlumatlardan görünür ki, bu iki təşkilatda hələ də gizli şəkildə olsa da qalmaqal yaşanır. Əcəba, burda kimlər nəyi bölə bilmir? Maliyyə monitorinqi aparan lazımdır, belə yerdə tam yeridir, desək daha dogru olar. Məlumatların birində qeyd olunur ki hətta yeni müdir qabağına çıxana: "Mənim təhsil Nazirliyindəki adamım arxamda durub, kürəyimi Allah da gələ yerə vurmaram." deyir. Adamı kimdir??? Ən azından yeni Nazirimiz deyil. Deməli köhnə kadrdır. Adı lazim deyil! Baş hərfi (F). Türk müğənnisi demişkən )). Elə o adam illərdir kadr alış-verişi aparır.
 


Mənbə bildirir ki, Cənab Prezidentimizin fərman və tapşırıqları belə yeni müdirə keçmir, "Üstü bəzək, içi təzək” təhsil şöbəsinin yalnız yeni müdiri yox, eləcə də bəzi əmakdaşları da öz ixtisası üzrə işləmir. Hətta xaricdə saxta texnikum bitirmiş, Azərbaycanda belə tanınmayan diplomlarla təzə müdir özünə komanda yığıb. Halal olsun, Təhsil necə deyərlər uçur, havadadır.

Əlbəttə ki, elə buna görə də Kəlbəcər təhsili bu gündədir. Sual olunsa ki, bu günə qədər təzə müdir Kəlbəcər Təhsilinə nə töhfə verib? Ancaq narazılıqlar, şikayətlər, bəzi apardığı yanlış islahatlar nəticəsində işdən çıxarılan işçilər, ac-yalavac qoyulan ailələr, uşaqlar... Heç olmasa hansısa şəhid, hansı qazi ailəsini sevindirib, texniki bir işlə təmin etdimi? Xeyr. Məlumatlara görə bəzi qazi ailələri Təhsil şöbəsinə buraxılmır. 
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook