Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub
İyul 16
09:20
2022
İyulun 16-sı saat 04:00-dan 04:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqedən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.



