SON XƏBƏR

Kəlağayı - Nigar İlhamqızının HEKAYƏSİ

İyun 06
01:11 2016
Nəfəs almaq, belə artıq çox çətindir bundan sonra…..Bu nərdivanlar kimə nə qismət, tale bəxş edəcək deyə, düşünsə də, əsas olan "nəfəsimi dərə bilsəydim”dir!

Nə acılar görmüş – kasıblıq, acı, həsrət... Ümüdləri çox, gözləntiləri az.. İndi də bunumu dərd edəcəkdi? Bəs deyilmi? Ya həyat eləcə onun qəlbiylə əylənməyi, onun qəlbində əylənməyi çox sevir?,....İstəmədilər gəlib Bakıda təhsil alsın.. İstəmədilər Şahbaz bəy demişkən ”qamışlıq” dan qurtula canı... Canı qurtula..Canı bir dəfəlik qurtula.. Cana yığılmışdı...

Kənddən ümidlər və bircə kəlağayı gətirmişdi. Burada kəlağayının qiymətini, haqqını kim verəcəkdir? Kim düşünərdi ki, niyə kəlağayı?

Otaqda bir pəncərə vardi. Yarım açıq şəkildə. Havası ağır idi otağın. Dərdi kimi, acısı kimi. İlk dərs günü çətin gəldi ona. Boğulurdu düşüncələrin əlində. Sanki öz boynundan asardi özünü. Yorulurdu. Tək idi artıq. Ata itkin, qardaş yox, ana zavallı. Bir tək qorxusu-sevgisi. Onun gəlməyinə narazı olan sevdiyi. Canavarlarla dolu şəhərdə yem olmaqdan qorxurdu. Kənddə isə ümidlərinin, arzularının əlində can verəcəkdi... Bitirməliydi bu kolleci. Tibb bacısı işləmək, yaralara məlhəm, acılara həmdəm olmaq istəyilə gəldi. Ağ xalat idi xəyalı ağ gəlinlikdən çox. Sıxılırdı. Kimi vardı ki, kimə sığınacaqdi ki. Dəniz istəyirdi. Sadəcə vahiməli dəniz. 

Dərdini danışsın. Onunla hesablaşsın. Ya qoynunda yer versin, ya sahilində. Uyumaq, üşüyəndə dalğaların xatirələrini üstünə çəkib sadəcə uyumaq istəyirdi... Eşitmişdi dənizə hər kəs ürəyini boşalda bilir. Dəniz dostdur. Dəlisovdur, coşub -daşan, amma, vəfalı dəliqanlıdır. Dəniz də qısqandı. Onun dilindən sevgi kəlmələri eşitdikcə, coşdu dəniz. ”Suus” deyərək, coşduqca dəniz sanki, hiss edirdi qızcığazı. Bəs mən nə edim? Mənim gerçəkləşdirməli olduğum xəyalım var. Mane olma, dəniz. Sus! İstəmirəm geri qayidam. Hər şeyi orda qoyub gəldim. Ürəyimi də. Mən bu nərdivanları qalxmaq üçün çox düşündüm. Enməməyi nəzərə alaraq. Mənə qollarını aç. Yer ver qoynunda. Ya sənin qoynuna, ya arzularımın qoynuna atılmaq istəyirəm. Mənə sahib çix, dəniiiz. Gümanım sənədir.. Heç kimim yoxdur. Bu şəhər udmasın məni, yem etməsin məni. Mənə yer ver qoynunda. Dostlaşaq. Ürəyimi burada qoyub gedəcəyəm. Yüküm çox ağırdı başa düş. Həyat məni yordu. Günçıxandan günbatanadı yolum. Gəlməsin o. Dənizi hədiyyə verərəm ona. Ancaq arzularımı yox.

Sübh yeri ağardı. Yenə həmin otaq. Tanımadığı tanışlar. Kimisi gülür, kimisi danışır. Mən nə edəcəyimi bilmədən necə yaşayacağam? Arzularımın bir addımlığındayam. İmtina etmək istəmirəm-ağ xalatdan. Ağ günlərimin müjdəçisidir-ağ xalat. Bu xalatın üzərinə ləkə salmayacaq qədər müqəddəs libas kimi qoruyacağıma da əminəm.

Qapıda qaraltı göründü. Boynundakı kəlağayı onu əməllicə ələ verdi. Qorxduğu başına gəlmişdi, arzuları başına gəlməzdən əvvəl.
-Sən geri qayıtmalısan mənimlə.

-Yox, mən geri addim ata bilmərəm...Əziyyətlərimin qarşılığı, mükafatıdır bu. Kimsə mənimlə əziyyət çəkmədi. Xahiş edirəm, çıx geet. Mən qoşulub arzularıma susaraq yaşamaq üçün gəlmədim dünyaya. Həyatı bacardığım kimi yox, arzuladığım kimi yaşamaqdır arzum. Ya kömək et, ya mane olma.
-Gəl gedək, qatara bilet almışam. Kəndə qayıdacağıq. Sən burada qalmayacaqsan.

Gözündə yaş, arzuları nərdivandan yerə çırpılmış şəkildə qatara doğru getdi. Qarşı çıxmaq istəyi alınmadi. Yorulacağını bilirdi. Anlamayana nə isə başa salmaq –kor insana rəngləri anlatmaq qədər çətindir. Kəlmələrə heyf. Dəniz kimi susmaq lazım. Qorxulu olan da dənizin susmağıdır.

Dəniz bu gün ozündə deyildi. Özünü qayalara çırpırdı. Sanki insanlardan daha həssas idi qızcığaza qarşı. Hər yanı onun xatiriəsi ilə doludur. Xatirələrlə dolu dalğalar yükünü necə boşaldacağını bilmirdi, elə heyy qayalara çırpılır. Dəniz bilirdi ki, nə etsə də xatirələrdən canı qurtulmayacaq. Hamilə qadın kimi dünyaya gətirdiyi körpəsinin qeydinə yenə özü qalmalı olacaqdı. Körpəsini nə zamana qədər qayalara çırpacaqdı ki. Dayanmalıydı. Durulmalıydı. Yenidən xatirələrdə doğulmalıydı... Getdi o pəri. Əli çatmayan, gümanı yetməyən yerə. Pənah gətirmişdi dənizə...Ondan ümüd istəyirdi. Dəniz də soyuqqanlığı günü etdi qızcığazın ümüdlərinə. O andan bitdi hərşey..

Qatara minmək zamanı yetişdi. Onun xatirələri dalğalardı. Ona baxmağı istəyirdi sadəcə. Dənizdən hesabmı soracaqdı? Bəs qoynunda yer verəcəkdi, ya sahilində yer ayıracaqdı. Nə oldu? Kəlağayının gəlişi anlamlıydı. Bir umüd, bir güman, bir həya idi.

Qatardan bəy-gəlin vağzalı sədalarıyla enirdi. Bu qatar kiminə xoş ümüd, kiminə çarəsizlik bəxş edir. Son mənzilə çatmaq hər şeyin sonu demək deyilki. Kiminə son görünən yer-kiminə başlanğıcdır. Kəlağayı da başlanğıc idi. Anlamı böyük idi onun üçün. Demək ki, kəlağayını başlanğıclara bəxş etmək lazım daha... Burax, bu kəlağayını. Burax, gedib başlanğıc gətirsin. Son olmasın hec nə bu həyatda. Kəlağayını bağışla. Bağışla , bitirməsin arzuları. Talelərin, arzuların başlanğıcıdır –kəlağayı. Anlamı böyük idi, arzuların başlanğıcı idi. Bu inamı məhv etmə!!! Bu qorxuyla bacarmazsan, daha.

Gün həmin gündür, məkan da eyni. İndi kəlağayı birinin arzularının bitdiyi anda, birinin arzularına işiq salacaq. Gənclərə utanaraq yaxınlaşıb, kəlağayını gəlinin üzünə atıb getdi....

Əsas odur ki , kəlağayı –hər zaman ən gözəl hisslərin başlanğıcı olsun. Birini ötürən, birini yetirən, birini bitirən qatar...


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook