Keçmiş sevgilini unutduran həb
Aprel 27
00:13
2020
Kanadalı araşdırmaçı Alain Brunet deyir ki, xatirələrinizi xüsusi terapiya vasitəsilə "redaktə" etsəniz, sevdiyiniz şəxsdən ayrılmağınız sizə daha az əzab verər.
Brunet tam 15 il müharibə veteranlarında, o cümlədən, terror və cinayət qurbanlarında rast gəlinən post-travmatik stres pozuntusu hallarını araşdırıb.
Onun araşdırması insanları acı xatirələrin yaratdığı emosional ağrılardan xilas etməyi hədəfləyən bərpa terapiyasının inkişafına həsr olunub.
Bunun üçün Brunet ən adi farmasevtik preparatlardan biri olan propranololdan istifadə edib. Bu preparat uzun müddətdir ki, bəzi xəstəliklərin, məsələn, hipertoniya və miqrenin müalicəsində istifadə olunan beta-adrenoblokatordur. Son araşdırmalar göstərir ki, bu dərmanı daha geniş dairədə tətbiq etmək olar.
Kanadalı alimin təklif etdiyi bərpa prosesi terapiya seansından bir saat əvvəl propranolol qəbul etməklə başlayır, sonra pasientlərdən xahiş edilir ki, öz travmalarını ətraflı şəkildə kağıza yazıb ucadan oxusunlar.
"Siz keçmişə aid hansısa hadisəni xatırlayıb onunla bağlı yeni bir detalı yadınıza salanda, həmin xatirəniz blokdan çıxmış olur. Bu zaman o yenilənir və bu dəfə fərqli şəkildə yadda qalır" - kanadalı psixoloq BBC-yə müsahibəsində belə deyib.
Bərpa prosesi xatirələrin ən emosional hissələrinə təsir etmək imkanı yaradır.
"Biz xatirələrin formalaşması, blokdan çıxarılması, yenilənməsi və yenidən yadda saxlanması üsullarını praktikaya tətbiq edirik. Neyrobiologiyadan əldə etdiyimiz bu biliklərdən pasientlərin müalicəsi üçün vacibdir" - bunlar da Brunetin sözləridir.

Onun elmi mülahizələrini tez-tez elmi-fantastik "Ləkəsiz ağılın əbədi parıltısı" filmiylə müqayisə edirlər - həmin filmdə ayrılmış cütlüyün yaddaşından bir-biri haqqında xatirələri silirlər. Ancaq Brunet qeyd edir ki, bərpa terapiyasında xatirələr yox, onların ağrısı yox olur.
Mənbə: BBC