SON XƏBƏR

Keçmiş rəisin gəlini intihar edib?

Avqust 25
10:44 2021
Dövlət Əmək Müfəttişliyinin sabiq rəisi Rauf Tağıyevin 31 yaşlı gəlini Nəbizadə Turan Məmmədəli qızı intihar edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı mərhumun yaxınları sosial şəbəkədə paylaşıblar.

Bildirilib ki, Turan Nəbizadə 22 avqust 2021-ci il tarixində Bakı şəhəri, Xətai rayonu ərazisində yaşadığı binanın 6-cı mərtəbəsindən özünü atıb.

Qeyd olunur ki, Turan Nəbizadə uzun müddət ailədaxili psixi zorakılığa məruz qalıb və bu barədə atası ilə uzun yazışmaları var.

Onu da qeyd edək ki, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru olan Rauf Tağıyev 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun köməkçisi və partiyanın təşkilat şöbəsinin müdiri olub.

1996–2013-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, Miqrasiya İdarəsinin rəisi, Dövlət Əmək Müfəttişliyinin rəisinin müavini və rəisi olub.

2014–2018-ci illərdə isə "Azərsu” ASC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi olub.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook