Keçmiş polis rəisi bıçaqlandı, əmisi intihar etdi - Xaçmazda dəhşət
Avqust 25
10:30
2021
Xaçmaz rayonunda ailə faciəsi yaşanıb
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin keçmiş rəisi Əliağa Əsgərbəyli əmisi Rövşən Əlağa oğlu Əsgərbəyli tərəfindən bıçaqlanıb.
Hadisədən sonra cinayətkar özünü güllələyib.
O, hadisə yerindəcə ölüb. Onun meyiti Səhiyyə nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji anatomiya birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza edilir. Əliağa Əsgərbəyli isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Əlavə məlumat veriləcək.