SON XƏBƏR

Keçmiş nazir deputat olmaq istəyir: Seçkiyə hansı dairədən gedəcək?

İyul 10
13:34 2024
"Parlament seçkilərində iştirak edəcəyimlə bağlı son qərarımı hələ verməmişəm".

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq maliyyə naziri Fikrət Yusifov deyib. O, parlamentdə təmsil olunsa, hökumətə fayda verə biləcəyini düşünür:

"Bakı şəhəri və Abşeron rayonundan namizədliyimi irəli sürə bilərəm. Əsasən Abşeronda yaşamışam, ata-baba yurdum oradır. Amma Nəsimi rayonunda yaşayıram, oradan da namizəd ola bilərəm". 

Fikrət Yusifov bu həftənin sonunda qərarını açıqlayacağını bildirib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook