"Keçid balları aşağı salınsın" – Valideynlər Prezidentə müraciət etdi
İyul 12
10:29
2023
Ekspert: "Biz bilərəkdən çətinləşdirilmiş imtahan mexanizmindən narahat olmalıyıq”
22-23 iyul tarixlərində I və IV qruplar üzrə keçiriləcək ikinci cəhd imtahanlarından sonra ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul mərhələsi yekunlaşacaq. Qəbul mərhələsi tam yekunlaşmasa da, artıq əksər tələbələr və valideynlər bu il keçirilən imtahanlardan narazı olduqlarını bildirirlər.
Xüsusən də, bu il martın 5-də, 12-də baş tutan orta məktəblərin buraxılış imtahanları ilə bağlı çoxsaylı şikayətlər oldu. Hətta valideynlər etiraz aksiyası da keçirdilər. Abituriyentlərin əsas narazılığı imtahan suallarının qəliz olması ilə bağlıdır. Onlar bildirirlər ki, buraxılışla yanaşı, builki qəbul imtahanları da çox çətin olub.
Bir qrup valideynin "AzPolitika.info” saytı vasitəsi ilə Prezident İlham Əliyevəünvanladığı müraciətdədə elə imtahanların çətinliyindən və qəbul şərtlərinin ağır olmasından söz açır. Həmin müraciəti kiçik ixtisarlarla təqdim edirik: "Bu il baş tutan imtahanlarda istifadə olunan suallar ötən illərlə müqayisədə olduqca çətin və qəliz idi. Ona görə də bu il heç bir tələbə maksimum – 700 bal nəticə göstərə bilmədi. Niyə başqa ölkələrdə təhsil səviyyəsi yüksəkdir, Azərbaycanda isə yox? Çünki təhsili təhsil alana uyğun şəkildə sistemləşdirirlər. Suallar yaxşı bilənin ya da zəif bilənin səviyəsinə görə yox, ümumi orta səviyəyə uyğun qoyulmalıdır ki, hamı yaza bilsin.
Qəbul prosesi çətin və stresli olduğundan, bu gün əksər gənclərimiz attestatla xarici ölkələrə üz tutmağa məcbur olurlar. Məhz bu səbəbdən hər il universitetlərdə yüzlərlə yer boş qalır, ölkədən milyonlarla manat vəsait xaricə axır, yüzlərlə müəllim isə işini itirir. Belə olan halda müsabiqə şərtlərini nisbətən yüngülləşdirərək, keçid ballarını aşağı salaraq bu gənclərin ölkəmizdə təhsil almalarına niyə şərait yaratmırıq? Axı, niyə tələbənin illər ərzində çəkdiyi bu əziyyət kimlərinsə müəyyən etdiyi normalara uyğun olmadığından boşa getməlidir? Biz valideynlər olaraq səlahiyyətli qurumların bu nüansları nəzərə almalarını istəyirik.Bu gün minlərlə tələbənin əsas istəyi və gözləntisi keçid ballarının aşağı salınmasından yanadır”.
Valideynlər müraciətlərində ümumi keçid balının 150-yə endirilməsini xahiş edirlər.
Bu il də heç bir abituriyent 700 bal toplaya bilməyib
Məlumat üçün qeyd edək ki, 5 və 12 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarında iştirak edən 100330 nəfər arasında 1 nəfər də olsun maksimum nəticə - 300 bal toplaya bilməyib. Ən yüksək nəticə isə 297 bal olub. Əslində təkcə bu faktın özü belə imtahanların çətinlik dərəcəsindən xəbər verir.
Bu il keçid balları aşağı salına bilərmi?
Ekspert DİM-in imtahan keçirmə mexanizminin doğru olmadığını bildirib:"Biz Dövlət İmtahan Mərkəzinin bilərəkdən çətinləşdirilmiş imtahan mexanizmindən narahat olmalıyıq. DİM hər dəfə keçid ballarını aşağı salmaqla, guya güzəşt edirmiş kimi, təəssürat yaradır. Amma reallıq ondan ibarətdir ki, DİM bu gün Azərbaycan gəncinin təhsil yolundakı əsas bariyerlərdən birinə çevrilib. Konstitusiyanın 42-ci maddəsində də göstərilir ki, heç bir şəxs təhsil hüququndan məhrum edilə bilməz. Biz cəmiyyət olaraq DİM-dən test hazırlanma səlahiyyətinin alınması ilə bağlı çıxışlar etməliyik. DİM özü müxtəlif proqramlar, testlər, dərs vəsaitləri hazırlayır və nəticə etibarilə imtahandan da özü keçirir. Əslində DİM imtahan keçirən texniki bir qurum olmalıdır. DİM-in bugünkü imtahan mexanizmi yanlışdır”.
Ötən il abituriyentlərin 42,79%-i 200-dən az bal toplayıb
2022-ci ildə respublikanın ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 73 min 429 abituriyent iştirak edib. Onların 16.12 faizi 0-100, 26.67 faizi 100-200, 21.96 faizi 200-300, 25.61 faizi 300-500, 9.64 faizi isə 500-700 bal toplayıb.2022- ci ildə I-IV qruplar üzrə qəbul imtahanlarında abituriyentlərin 42,79%-i 200-dən az bal toplayıb. Ötən il abituriyentlərin 42,8 faizi imtahandan "2”, 22 faizi - "3”, 25,6 faizi - "4”, 9,6 faizi isə "5” qiymət alıb.
Ətraflı
Qəbul şərtləri ağır olduğundan, attestatla xaricdə təhsilə yönələnlərin sayı artır
Qeyd edək ki, qəbul şərtləri ağır olduğundan hər il minlərlə tələbə attestatla xarici universitetlərdə təhsilə baş vurur. Bu isə gələcəkdə müəyyən problemlərin yaranması deməkdir.
Hazırda xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının 40 min nəfərdən artıq olduğu bildirilsə də, internet resurslarında və dövlət qurumlarının açıqlamalarında bu onların neçəsinin attestatla təhsil aldığına dair məlumat yoxdur. Ehtimallara görə, belə tələbələrin sayı 20 mindən artıqdır.
Təsadüfü deyil ki, tanınmış təhsil eksperti, Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, professor Şahlar Əsgərov da universitetlər giriş qapısını açıq, çıxış qapısını isə bağlı saxlamalı olduğunu vurğulayib.
"Xarici universitetlərə müraciət sayının çox olması Azərbaycanda qəbul prosesinin çətin olması ilə bağlıdır. Bu, həm iqtisadi itkilərə yol açır, həm də gələcəkdə kadr böhranına səbəb olacaq amildir. Buna görə də ali məktəblərə qəbul qaydaları sadələşdirilməlidir. Dünyanın əksər ölkələrində ali məktəblərə qəbul hansı qaydada həyata keçirilirsə, Azərbaycanda da oxşar qəbul qaydaları tətbiq olunmalıdır. Əks halda xaricdə təhsil almaq üçün üz tutan abituriyentlərin sayı sürətlə artacaq”, - deyə Əsgərov bildirib.
Qəbul qaydalarının çətin olması səbəbindən xaricdə təhsilə üz tutanların çoxalması "Attestatla xaricdə təhsil” adı altında fəaliiyət göstərən dələduzların tələsinə düşənlərin də sayını artırır ki, bu da ciddi bir problemdir.
Qeyd edək ki, abituriyentləri attestatla təhsilə yönləndirən bir tərəfdən qəbulun çətinləşdirilməsi, digər tərəfdən isə bu gün ali məktəblərdə tələb olunan təhsil haqqının olduqca yüksək olmasıdır. Hazırda Bakıdakı universitetlərdə minimum təhsil haqqı 1700 manatdan başlayır.
Ekspertlər bunu da universitetlərin qəbul planını aşağı olmas ilə bağlayırlar. Daha aşağı balla universitetlərə daxil olan və ödənişlı təhsilə cəlb edilən tələbələrin sayının artırılması təhsil haqqının da məbləğini aşağı salmağa şərait yaradar
Bir sıra ekspertlər keçid ballarının aşağı salınaraq, diferensial ödəniş sisteminin tətbiqinin vacib olduğunu hesab edirlər. Bu təklifə əsasən, təhsil haqqları tələbənin topladığı balın az və ya çox olması əsasında müəyyən edilməlidir. Hazırda minimum həddin 200 baldan 100 bala endirildiyini nəzərə alsaq, 100-200, 200-300 və 300-500 aralığında nəticə göstərən tələbələrdən diferensial qaydada təhsil haqqı alına bilər. Bu zaman abituriyentin ümumi balı əsas götürülərsə, ali təhsildən kənarda qalan gənclərin də sayı azalar. Bu, yerli təhsilə marağı artırmaqla yanaşı, universitetlərin büdcə gəlirlərinin də yüksəlməsinə səbəb olacaq.
Digər tərəfdən, bu yolla hər il attestatla xaricdə təhsil alan tələbələrin sayı da müəyyən qədər aşağı düşə bilər. Nəticə etibari ilə isə hər il ölkədən ciddi valyuta axınının, gələcəkdə təcrübəli kadr çatışmazlığının və univeristetlərdəki müəllim ixtisarlarının qarşısı alınmış olar.
22-23 iyul tarixlərində I və IV qruplar üzrə keçiriləcək ikinci cəhd imtahanlarından sonra ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul mərhələsi yekunlaşacaq. Qəbul mərhələsi tam yekunlaşmasa da, artıq əksər tələbələr və valideynlər bu il keçirilən imtahanlardan narazı olduqlarını bildirirlər.
Xüsusən də, bu il martın 5-də, 12-də baş tutan orta məktəblərin buraxılış imtahanları ilə bağlı çoxsaylı şikayətlər oldu. Hətta valideynlər etiraz aksiyası da keçirdilər. Abituriyentlərin əsas narazılığı imtahan suallarının qəliz olması ilə bağlıdır. Onlar bildirirlər ki, buraxılışla yanaşı, builki qəbul imtahanları da çox çətin olub.
Bir qrup valideynin "AzPolitika.info” saytı vasitəsi ilə Prezident İlham Əliyevəünvanladığı müraciətdədə elə imtahanların çətinliyindən və qəbul şərtlərinin ağır olmasından söz açır. Həmin müraciəti kiçik ixtisarlarla təqdim edirik: "Bu il baş tutan imtahanlarda istifadə olunan suallar ötən illərlə müqayisədə olduqca çətin və qəliz idi. Ona görə də bu il heç bir tələbə maksimum – 700 bal nəticə göstərə bilmədi. Niyə başqa ölkələrdə təhsil səviyyəsi yüksəkdir, Azərbaycanda isə yox? Çünki təhsili təhsil alana uyğun şəkildə sistemləşdirirlər. Suallar yaxşı bilənin ya da zəif bilənin səviyəsinə görə yox, ümumi orta səviyəyə uyğun qoyulmalıdır ki, hamı yaza bilsin.
Qəbul prosesi çətin və stresli olduğundan, bu gün əksər gənclərimiz attestatla xarici ölkələrə üz tutmağa məcbur olurlar. Məhz bu səbəbdən hər il universitetlərdə yüzlərlə yer boş qalır, ölkədən milyonlarla manat vəsait xaricə axır, yüzlərlə müəllim isə işini itirir. Belə olan halda müsabiqə şərtlərini nisbətən yüngülləşdirərək, keçid ballarını aşağı salaraq bu gənclərin ölkəmizdə təhsil almalarına niyə şərait yaratmırıq? Axı, niyə tələbənin illər ərzində çəkdiyi bu əziyyət kimlərinsə müəyyən etdiyi normalara uyğun olmadığından boşa getməlidir? Biz valideynlər olaraq səlahiyyətli qurumların bu nüansları nəzərə almalarını istəyirik.Bu gün minlərlə tələbənin əsas istəyi və gözləntisi keçid ballarının aşağı salınmasından yanadır”.
Valideynlər müraciətlərində ümumi keçid balının 150-yə endirilməsini xahiş edirlər.
Bu il də heç bir abituriyent 700 bal toplaya bilməyib
Məlumat üçün qeyd edək ki, 5 və 12 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarında iştirak edən 100330 nəfər arasında 1 nəfər də olsun maksimum nəticə - 300 bal toplaya bilməyib. Ən yüksək nəticə isə 297 bal olub. Əslində təkcə bu faktın özü belə imtahanların çətinlik dərəcəsindən xəbər verir.
Onu da qeyd eədk ki, hazırda müsabiqə şərtlərinə əsasən, abituriyentdən bütün qruplar üzrə ümumi 200 bal tələb olunur. Abituriyent bunun 100 balını blok imtahanından əldə etməlidir. Əgər abituriyent 100 bal həddini toplayarsa, bu zaman o dövlət sifarişli və ya ödənişli bütün ixtisasların müsabiqəsində iştirak etmək hüququ qazanır. Yox, əgər abituriyent blok imtahanında 50-100 bal nəticə göstərirsə, o zaman hər bir ixtisas üçün 150 ballıq yerlərin müsabiqəsində iştirak edə bilər.
Bu barədə təhsil eksperti Elşən Qafaraov "AzPolitika.info”-ya şərhində bildirib ki, keçid balları sənəd verən şəxslərin sayı ilə hal-hazırda təqdim olunan ixtisaslar üzrə tələbə yerlərinin sayına uyğunlaşdırılır:"Dövlət İmtahan Mərkəzi (DİM) keçid balından artıq və ya aşağı nəticə göstərən şəxslərin müqayisəli təhlilini aparır və sonda bu barədə qərar verir. Əgər ali məktəblərdə boş yerlərin sayı çoxluq təşkil edərsə, bu zaman keçid balları aşağı salına bilər. Ona görə də bu barədə dəqiq məlumatı yekunda DİM açıqlaya bilər”.