Keçid bal- Bütün hallarda çıxış qapılarını yarıörtülü saxlamalıyıq
Sentyabr 16
01:16
2016
Artıq məlum olduğu kimi Azərbaycanda yeni təhsil ilinin başlaması,
ölkə təhsilinin yeni mərhələyə hansı uğurlar, problemlər və perspektivlərlə
qədəm qoyması, ümumiyyətlə, təhsiliin mövcud durumu ilə bağlı təhsil naziri
Mikayıl Cabbarov "Azərbaycan” qəzetinə müsahibə verib.
Nazir müsahibəsində bir sıra məqamlarla yanaşı, o cümlədən keçid balına da toxunaraq qeyd edib ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qəbul planının ləğvi nəzərdə tutulub.
Təhsil eksperti Nadir İsrafilov məsələyə münasibət bildirib.
Qlobal.az
Nazir müsahibəsində bir sıra məqamlarla yanaşı, o cümlədən keçid balına da toxunaraq qeyd edib ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qəbul planının ləğvi nəzərdə tutulub.
Təhsil eksperti Nadir İsrafilov məsələyə münasibət bildirib.
"Mən
də hesab edirəm ki, Nazirin qeyd etdiyi kimi təhsilin dəyər
və məqsədi təkcə təhsil alanın imtahan balı ilə ölçülməli deyil. Digər tərəfdən
dünya təcrübəsində ali təhsilə girişdə bal məhdudiyyətinin qoyulması ilə yanaşı
hər istəyənə ali təhsil almaq hüququ verilməsindən də geniş istifadə olunur.
Başqa sözlə, ikinci yanaşmaya əsasən hesab edilir ki, təhsil təhsil almaq
arzusu olan hər kəs üçün əlçatan olmalıdır. Ancaq burda bir məqam var ki, vətəndaş öz təhsil xərcini tam şəkildə
üzərinə götürür. Bir də ki, ali
məktəblərdə ödənişli əsaslarla olan plan yerlərinin ləğv edilməsi onsuz da
nəzərdə tutulmuşdu. Bu isə sadəcə olaraq
tələbə sayının artımına səbəb ola bilər. Hesab edirəm ki,
bununla bağlı müəyyən problemlərin yaşanması da istisna olunmur.
Hər halda hesab edirəm ki, qəbul
planının aradan götürülməsi müəyyən mənada təhsilin kəmiyyət və keyfiyyət
dəyişkənliyində müəyyən stimul rolunu oynaya bilər.
Bir
vaxtlar ölkədə təhsillə bağlı tələb-təklif prinsipi gözlənilirdi. Müstəqillik
illərində müəyyən boşluqlarla əlaqədar ali və orta ixtisas müəssisələrinin sayı
yağışdan sonrakı göbələk kimi artdı. Biz bu gün bunun açı nəticələrini görürük.
Düzdür onların bir qismi bağlandı, müəyyən qismi isə aidiyyatı müəssisələrə
birləşdirildi.
Bununla belə hələ də ali
təhsilli mütəxəssislərin kifayət qədər peşəkarlığa malik olmamamasından
vətəcrübəsizliyindən şikayətlənənlər var. Müvafiq işlə təmin olunmaq sahəsində
də problemlər yaşanır, Ölkədə diplomlu işsizlər ordusu yaranıb.
Qəbul planının ləğvi universitetləri məcbur
edə bilər ki, təhsilin səviyyəsini yüksəltsinlər. Yüksək təhsil verən
universitetlər isə tələbə problemi yaşamasın. Hər kəs arzulayacaq ki, məhz
rəqabətə davamlı universitetdə təhsil
alısn. Boş qalan universitetlər isə bağlanmaq təhlükəsi ilə üzləşə bilər. Yəni
rəqabət olacaq. İndiki halda qəbul planı ayrı-ayrı ali məktəblərin boş
yerlərini doldurmağa xidmət edir. Bununla belə hesab edirəm ki, birinci yanaşma
tətbiq edildiyi halda ali məktəblərə dövlət sifarışli ixtisaslarına keçid balı
yüksəldilməlidir. Neçə illərdir biz 150 balla ali məktəblərə tələbə qəbul
eləmişik. 150 bal klassik beş ballıq qiymətləndirmə şakalasında " 1” qiymətinə bərabərdir. Keçən
ildən bu bal 200 bal müəyyənləşib. Bu da heç də qənaətləndirici göstərici demək
deyil. Heç kəsə sirr deyil ki, bu cür balla tələbə qəbul etmək ali məktəblərdə
olan ödənişlı boş yerləri doldurmağa
xidmət edib. Məncə keçid balı ynaşmasında, ballar qismən də olsa
qaldırılmalıdır. Belə olarsa, qəbul planının aradan götürülməsi işin xeyrinə
olar. Hesab edirəm ki, bu məsələyə bir mənalı münasibət bildirməyin dərin
təhlillərə və obyektiv reallıqların nəzərə alınmasına ehtiyacı var. Çox şey əmək bazarının tələblərindən asılı
olacaq. Sadəcə olaraq kəmiyyət və keyfiyyət məsələləri nəzərə alınmalıdır. Hər
halda istər ali təhsilə girişdə bal
məhdudiyyətinin qoyulması, istər hər istəyənə ali təhsil almaq hüququ verilməsi yanaşmalarında ali məktəblərin giriş qapılarını nə
qədər geniş açsaq belə, çıxış qapılarını yarıörtülü saxlamalıyıq.
Qlobal.az



