"Karvan Hotel Naftalan"-da yeniliklər
İyul 13
17:18
2024
Karvan Hotel Naftalan Beynəlxalq Turizm Mərkəzi olan Naftalan şəhərinin mərkəzində təmiz havası, Murov və Kəpəz dağlarına açılan, gözəl mənzərəsi ilə seçilən ərazidə yerləşir. Burada qonaqların rahat istirahəti və dünyada tanınan unikal müalicəvi əhəmiyyətə malik naftalan nefti ilə sağlamlıqlarının bərpası üçün hər cür şərait yaradılıb.
Sanatoriyaya gələn qonaqlara təklif olunan paketi komfortlu otaqlarda gecələməklə gündə 3 dəfə açıq bufetdə qidalanma, həkim müayinələri, analizlər, fizioterapiyalar, naftalan vannaları və digər xidmətlər əhatə edir. Eləcə də, əlavə ödəniş müqabilində qonağın istəyinə uyğun çoxsaylı sağlamlıq və gözəllik müalicələri də təklif edilir.
Müalicəyə başlamazdan öncə qonalar həkim müayinəsindən keçirilir.
Karvan Hotel Naftalan Sanatoriyasının Tibb mərkəzində Naftalan yağı və digər müalicə üsullarına əsaslanan aşağıdakı geniş prosedurlar mövcuddur. Maqnitoterapiya, amplipuls, darsonval, fonofarez, elektrofarez, parafin, inqalyasiya, solyuks, naftalan vannaları, UVÇ və bu kimi digər fizioterapiya prosedurlar. Qeyd edək ki, müayinə nəticəsində Naftalan vannalarının əks göstəriş olduğu müəyyən olunmuş qonaqlara alternativ müalicə prosedurları təklif olunur.
Sanatoriya Ekonom, Standart, Deluxe, Karvan Suit otaqlar və Kotteclərdən ibarətdir. Otaqlar kondisioner, çoxsaylı kanallar olan tv, isti döşəmə, antibakterial kovrolin yer örtüyü, ortopedik döşəkli çarpayılar, seyf, yüksək sürətli internet və başqa zəruri avadanlıqlarla təchiz olunub. Bütün otaqlardan eyvana çıxış mövcuddur.
Buraya üz tutan qonaqlar açıq havada quraşdırılmış idman qurğuları, qapalı idman zalı, açıq hovuzdan da istifadə edə bilərlər. Ərazidə uşaqlar üçün açıq oyun meydançası da mövcuddur.
Müalicə paketi ilə minimum qalma müddəti 7 gecədir. Həmçinin daha da effektli müalicəyə nail olmaq üçün azı 14 gün tövsiyə olunur.
Sanatoriyanın ərazisində geniş parklama sahəsi və elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurma cihazı mövcuddur.
Karvan Hotel Naftalana yerli qonaqlarla yanaşı dünyanın müxtəlif ölkələrindən - Türkiyə, Kanada, Avstraliya, Çin, İngiltərə, İtaliya, Fransa, Hollandiya, İsveçrə, Almaniya, Yaponiya, Rusiya, Belarusiya, Qazaxısatan, Özbəkistan, Latviya, Litva, Estoniya və bir çox başqa ölkələrdən gələnlər çoxluq təşkil edir.
Bu hələ hamısı deyil! Naftalan nefti ilə möcüzəni hiss etmək üçün sizi Karvan Hotel Naftalan Sanatoriyasında gözləyirik!