Kardiologiya İnstitutunda şuntlama əvəzinə “şumlama” əməliyatı - Kollektiv direktora qarşı
May 10
14:22
2023
Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda daha bir neçə nəfərin işdən azad edildiyi məlum olub.
Bu barədə Bakupost.az -a İnstitutdan bildiriblər.
Qeyd olunub ki, İnstitutun işçiləri Dina Zotova, Elnarə Həmidova və digərləri heç bir xəbərdarlıq, ciddi səbəb olmadan işdən çıxarılıb.
Bundan başqa, bir müddət əvvəl Şuşaya ezam edilən 2 tibb bacısına ezamiyyətdə olduqları günlərin maaşından imtina etmələri barədə sənəd imzaladılıb.
Qeyd edək ki, son vaxtlar Kardiologiya İnstitutunda baş verən neqativ hallarla bağlı mətbuatda gedən yazılar, həmçinin burada çalışan müxtəlif alimlərin müsahibələri direktorun keçirdiyi son iclaslarda ciddi müzakirə edilib.
İddialara görə, direktora qarşı çıxan həkimlər, eləcə də mətbuata açıqlama verən professorlara hüquq-mühafizə orqanları ilə hədə-qorxu gəlinib:
O da qeyd olunur ki, şəhərdə əsas kardioloji mərkəzi sayılan institutun qapısında hər səhər tragikokomediya yaşanır:
"Qapıya nəzakət nədir bilməyən, kobud, mədəniyyətdən uzaq işçilər qoyulur. Orada dayanan bu işçilərdən biri olan qadın səhər işə 3-5 dəqiqə gecikən həkimlərə qarşı qeyri-etik davranır, hədyanlar deyir, qəsdən onları mübahisəyə cəlb edərək qalmaqal yaradır və sonra bunu direktora məruzə edirdi. Həmin xanım institutun həyətində sevgilisi tərəfindən döyüldükdən sonra işdən uzaqlaşdırıldı. Amma inzibati şöbə vasitəsilə işçilərin daim təzyiq altında, gərginlikdə saxlanılması davam etdirilir.
Əgər həkimlərə hansısa arayış, direktorun təsdiq edəcəyi sənəd lazımdırsa, bu məsələ də günlərlə uzadılır. Sənədə yalnız iş gününün son saatlarında imza qoyulur, bu da insanlarda əlavə psixoloji gərginlik yaradar və narazılığa səbəb olur".
İnstitutda müalicə alan xəstələr isə direktorun icbari tibbi sığorta ilə və ya sığortasız bütün angioqrafiya olunacaq xəstələri "Kəpəz" klinikasına, "Ege" hospitala və Mərkəzi Klinikaya "otkat” sistemi ilə yönəltdiyini bildiriblər:
Qeyd edək ki, elmi kollektiv rəhbərliyin fəaliyyətindən narazı olduğu üçün bu yaxınlarda Səhiyyə Nazirliyindən göndərilən komissiya institutda bir həftədən artıq müddətdə yoxlamalar aparıb.
Səhiyyə Nazirliyinindən Bakupost.az -a C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda yoxlamalar aparıldığını təsdiqləsələr də, nəticələr barədə məlumat verməkdən imtina ediblər. Nazirlikdən sorğumuza göndərilən cavab məktubunda yalnız bunlar qeyd olunub:
Qlobal.Az