SON XƏBƏR

Karantini pozaraq, özünə dəbdəbəli ad günü keçirən müğənni cəzalandırıldı (RƏSMİ/VİDEO)

Avqust 22
13:24 2020
Ötən gün sosial şəbəkələrdə müğənni Nüşabə Musayevanın özünə dəbdəbəli ad günü məclisi təşkil etməsi barədə məlumat vermişdik.  

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Qafqazinfo-ya məsələ barədə açıqlama verib.

O bildirib ki, xüsusi karantin rejiminin tələblərini pozaraq, Sumqayıt şəhərindəki "Amore” restoranında özünə ad günü keçirən müğənni cəzalandırılıb:

"Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri 200 manat məbləğində cərimə ediliblər”.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook