SON XƏBƏR

"Kapital bank" Türkiyədəki zəlzələyə edilən yardımdan əlavə faiz çıxıb?

Mart 30
09:49 2023
"Şikayətim "Kapital Bank"dandır"
 
Qlobal.az DİA.AZ-a istinadla xəbər verir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Qurban Sadıqov adlı istifadəçi giley edir.
 


Daha sonra narazı vətəndaş yazır: " `Bir kart miles` kartı vasitəsi ilə 12.02.2023-cü il tarixində 304 manat "Türkiye Kızılay" cəmiyyətinə yardım göndərdim.



Zəlzələdən zərər çəkmişlərə yardım etmək üçün komissiya olmadığı təqdirdə məndən 54,82 manat komissiya haqqı tutuldu. "Bir bank" tətbiqindən müraciət etdim və mənə 10 gün ərzində müraciətə baxılacağını demələrinə baxmayaraq artıq 2 aya yaxın vaxt keçib və heç bir cavab yoxdur bank tərəfindən. Müraciət nömrəsi 3165635".

Qarşı tərəf mövqe bildirə bilər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook