SON XƏBƏR

“Kanon” aptekdən alınan uşaq qidası yararsız çıxdı - FOTO

Fevral 06
07:21 2026
Bakıda aptekdən alınan uşaq yeməyində nöqsan aşkarlanıb.

Vətəndaş C.Mirzəliyev 7-ci mikrorayonda yerləşən "Kanon” aptekdən "Kendamil” adlı uşaq yeməyini alıb:

"Məhsulun istehsal tarixi keçməyib, amma hazırlayanda içində düyünlər əmələ gəlir. Bu da uşaq üçün olduqca təhlükəlidir. Aptekə apardım, yoxladılar. Haqlı olduğumu bildirdilər. Müdiriyyətə məlumat verdilər. Dedilər ki, pulunuzu geri qaytaracağıq. Üstündən 3 gün keçdi. Zəng etdilər ki, geri qaytarma edə bilmərik”, – deyə vətəndaş əlavə edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Məsələ AQTA tərəfindən nəzarətə götürülüb, araşdırılır.
 
Mənbə: Unikal
 
Qlobal.az 
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook