SON XƏBƏR

Kanallar lildən təmizlənir

Mart 07
19:46 2016
Qərb bölgəsində fermerlərin ən çox qarşılaşdığı problemlərdən biri də sudur. Əkin işləri başa çatan kimi suvarma üçün böyük növbələr yaranır və ya su sahələrə gəlib çıxmır. Belə çətinliklərin yaranmaması üçün Ağstafaçay hidroqovşağının 30-a yaxın canlı qüvvəsi və 8 texnikası kanallarda qalın lil qatının, çirkli ərazilərin təmizlənməsinə başlayıb. İri texnikalar vasitəsilə suyun qarşısını kəsən palçıq və digər vasitələr toplanaraq avtomobillərlə kənara daşınır.
 
Hidroqovşağın rəisi Yusif Nəsibov AZƏRTAC-a bildirib ki, 4 rayonu su ilə təmin edən süni göldə hazırda 42 milyon kub su var, bu da ötən illə müqayisədə 12 milyon kub çoxdur. Suyun bol olması təsərrüfat sahiblərini də sevindirir. Fermerlər kanalların təmizlənməsini daha vacib hesab edirlər. Bildirilib ki, kanallar təmiz olduqda su sahələrə daha tez çatır və israfçılığa yol verilmir. Bu günə qədər hidroqovşağın əməkdaşları 30 kilometr ərazini lildən təmizləyib. Hazırda işlər Ağstafa və Qazax rayonları ərazisində davam etdirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook