SON XƏBƏR

Kanadaya qaçqın kimi gələn qadın nazir oldu

Noyabr 06
15:57 2015
Kanadaya qaçqın kimi gəlmiş əfqanıstanlı gənc qadın demokratik institutlar üzrə nazir vəzifəsinə təyin edilib.
 
Ölkənin baş naziri Justin Trudeau 30 yaşlı Maryam Monsefi noyabrın 4-də bu vəzifəyə təyin edib. O 31 üzvü olan üzvü olan Nazirlər Kabinetində ən gənc nazirdir. Maryam Əfqanıstanın Herat şəhərindəndir və uşaq yaşlarından atasını itirib. O Əfqanıstandan 1996-cı ildə anası və 2 bacısı ilə birlikdə qaçıb. Həmin vaxt onun 11 yaşı var imiş.
 
Qeyd edək ki, noyabrın 4-də Kanadanın yeni baş naziri seçilmiş Justin Trudeaunun da andiçmə mərasimi keçirilib. 43 yaşlı Trudeau Kanadanın 23-cübaş naziridir.O ölkənin tarixində ən gənc ikinci baş nazir, bundan başqa keçmiş baş nazirin oğludur. Trudeau kabinetdə vəzifələrin kişilərlə qadınlar arasında bərabər bölünməsinin tərəfdarıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook