Kanadada silahlı qadın məktəbdə atəş açıb - On nəfər ölüb, onlarla yaralı var
Fevral 11
09:11
2026
Kanadanın Kral Atlı Polisi bildirib ki, Britaniya Kolumbiyasındakı Tambler-Ric orta məktəbində atışma baş verib, nəticədə silahlı şəxs də daxil olmaqla azı 10 nəfər ölüb.
"Report"un məlumatına görə, bu barədə "Global News" xəbər yayıb.
Həyati üçün ciddi təhlükə olan iki yaralı helikopterlə xəstəxanaya çatdırılıb. Yerli tibb mərkəzində təxminən 25 nəfərin xəsarətləri müalicə olunur.
Təhlükə xəbərdarlığı Bakı vaxtı ilə səhər saat 5:46 radələrində ləğv edilib. Polis daha sonra bildirib ki, başqa şübhəlilər yoxdur.



