SON XƏBƏR

Kamran Mahmudov ANS-dən ayrıldı

Noyabr 06
10:19 2015
Keçmiş "Azadlıq”çı radio ilə yollarını ayırdı
 
ANS ÇM radiosunun baş redaktoru Kamran Mahmudov işdən ayrılıb. Jurnalist bunu sosial şəbəkədəki statusunda paylaşıb. K.Mahmudov yazıb ki, "ANS-dən ayrıldım. Bu gündən rəsmən işsizəm. Təklifləri açıq elan edirəm. Bir sözlə, təkliflərinizi göndərə bilərsiniz”. K.Mahmudov musavat.com-a açıqlamasında deyib ki, ANS-dən ayrılma səbəbləri barədə danışmaq istəmir.
 
Jurnalist yeni iş təkliflərinə açıq olduğunu deyib. K. Mahmudov 2004-2005-ci illərdə "İç xəbər” verilişinin aparıcısı və müxbiri, 2005-2010-də ANS ÇM-də radio-aparıcı işləyib. 2010-2015-ci illərdə isə o, müstəqil jurnalist kimi "Azadlıq” radiosunda fəaliyyət göstərib.
 
Bu ilin iyun ayından isə K. Mahmudov ANS ÇM radiosunun baş redaktoru kimi çalışırdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook