Kamran Həsənlinin də verilişi bağlandı
Oktyabr 15
17:08
2015
ANS telekanalında ötən gün keçirilən yaradıcılıq iclası daha bir verilişin yayımının dayandırılması ilə nəticələnib.
Publika.az-a istinadən xəbər verir ki, Kamran Həsənlinin "Axşam-axşam” verilişi efirdən yığışdırılıb. Əldə etdiyimiz məlumata görə, aparıcı ilə ANS telekanalı yollarını ayırmaq qərarına gəlib.
Xatırladaq ki, Kamran Həsənli son bir il ərzində 3 layihə dəyişib.
Əvvəlcə "Günəbaxan”, daha sonra isə "Rövşanə ilə bazar səhəri” verilişində aparıcılıq edib. Yeni mövsümdən o, ANS telekanalında "Axşam-axşam” adlı veriliş aparırdı.



