SON XƏBƏR

Kamerunda 200 min insan daşqınlardan zərər çəkib, ölənlər var

Sentyabr 16
05:58 2024
Kamerunda son günlər güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 200 min insan zərər çəkib.

"Report"un məlumatına görə, bu barədə "Africa News" xəbər yayıb.

Qeyd edilir ki, təbii fəlakətdən ən çox Kamerunun şimal bölgələri, o cümlədən Yaqua şəhəri zərər çəkib. Azı 10 nəfər ölüb, bütün məhəllələri, həmçinin 185 məktəbi su basıb.

Ölkə üzrə 8 mindən çox ev və tikili dağılıb. On minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb və müvəqqəti düşərgələrdədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook