Kamal Kılıçdaroğlu Xocalı qətliamını anıb
Fevral 26
16:39
2016
Türkiyənin CHP partiyasının lideri Kamal Kılıçdaroğlu Xocalı qətliamına dair mesaj yayıb.
Musavat.com xəbər verir ki, ana müxalifət lideri Xocalı faciəsinin 24-cü il dönümü ilə əlaqədar "Twitter” sosial şəbəkəsindən paylaşdığı mesajda illər əvvəl qətliamda həyatını itirənləri rəhmətlə andığını qeyd edib.
Məlumata görə, Kılıçdaroğlu yazıb: "24 il əvvəl bugün insanlığın utanc tarixinə keçən Xocalı qətliamında həyatını itirən 613 Azərbaycan Türkü qardaşlarımızı rəhmətlə anıram”.



