SON XƏBƏR

Kadırov yenə rus müxalifləri ölümlə hədələdi

Fevral 08
10:13 2016
Çeçenistan prezidenti Ramzan Kadırov yenidən rusiyalı müxalifləri təhdid edən foto paylaşıb.
 
Axar.az xəbər verir ki, Kadırov dağlarda snayperlə fotosunu çəkərək öz İnstaqram səhifəsində "kim başa düşməyibsə, o anlayacaq” ifadəsi ilə birgə paylaşıb.
 
Qeyd edək ki, bir müddət öncə Kadırov öz İnstaqram səhifəsində müxalif PARNAS partiyasının lideri Mixail Kasyanov və jurnalist Kara-Murzanın snayperlə nişan alınmış videosunu paylaşıb. Kadırovun bu addımı müxalifətin kəskin etirazlarına səbəb olub. Bundan sonra Kasyanov yayımlanan video ilə bağlı Federal Təhlükəsizlik Xidmətinə müraciət edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook