SON XƏBƏR

Kadirov İŞİD-ə görə narahatdır

Oktyabr 21
11:24 2015
İŞİD terror qruplaşması Çeçenistandan öz güc və imkanlarının nümayişinə cəhd edə bilər. Musavat.com-un məlumatına görə, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov respublika DİN-in kollegiyasında bildirib.
 
Onun sözlərinə görə, respublikanın təhlükəsizliyinin təmin edilməsi onun rəhbərliyi və hüquq-mühafizə orqanları üçün prioritet məsələ olaraq qalır. O, hüquq-mühafizə orqanlarını sayıqlığı artırmağa çağırıb.
 
"Biz əlimizdən gələni etməliyik ki, regiona "iblis dövlətin” bir qulduru belə sıza bilməsin” – deyib Kadırov.
 
Bundan öncə o, terrorçular üçün ölüm hökmünün tətbiqini təklif eləmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook