"Jurnalistə hücum dərhal araşdırılmalıdır"
May 09
10:35
2022
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" jurnalist Aytən Məmməovanın bıçaqla təhdid olunması ilə bağlı açıqlama yayıb.
Bu barədə Arqument.az-a mərkəzin rəhbəri Fikrət Cəfərli məlumat verib.
Mərkəz hesab edir ki, jurnalistə qarşı törədilən cinayət bəzi dövlət strukturlarının kriminallaşmasından xəbər verir: "08.05.2022-ci il tarixində, gecə saatlarında Jurnalist Aytən Məmmədovaya qarşı törədilən cinayət bəzi dövlət strukturlarının kriminallaşmasından xəbər verir. Aytən Məmmədovaya qədər də ictimai fəallara, jurnalistlərə qarşı törədilmiş cinayətlərin üstünün hələ də açılmaması və bu qəbilədən olan cinayətlərin getdikcə artması bunu deməyə əsas verir".
"Jurnalist Aytən Məmmədova son zamanlar 2019-ci il də Tovuz rayonunda amansızcasına qətlə yetirilmiş 10 yaşlı Nərmin Quliyevanın və həmin qətldə ittiham edilən İlkin Süleymanovun məhkəmə proseslərindən yazır. Məhkəmə proseslərində şahidlərin verdikləri ifadələrə əsasən, İlkin Süleymanov günahsızdır və ondan istintaq zamanı ağır işgəncələr hesabına etiraf edici ifadələr alınıb", - deyə açıqlamada bildirilir.
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" işin dərhal araşdırılmasını tələb edir: "Mərkəz olaraq hesab edirik ki, Məhkəmə proseslərində şahidlərin baş prokurorluğun idarə rəisi Kamal Qılıncovun, həmin dövürdə Tovuz rayonunda Polis idarəsinin rəhbərliyinin işgəncə prosesində, qurama şahidlərin hazırlanmasında, sübutların saxtalaşdırılmasında, əsl cinayətkarın gizlədilməsində adlarının hallanması və jurnalist Aytən Məmmədova da həmin faktların, ifadələrin detallarını cəmiyyətə çatdırması baş vermiş cinayətin törədilməsində rolu ola bilər.
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" daxili işlər naziri Vilayət Eyvazov cənablarından jurnalist Aytən Məmmədovaya qarşı baş vermiş cinayət işini şəxsi nəzarətinə götürməyi, cinayətin icraçıları ilə yanaşı sifarişçilərinin də tez bir zamanda tapılaraq məsuliyyətə cəlb edilməsində operativlik nümayiş etdirməsini xahiş edirik".
Jurnalist Aytən Məmmədovaya mayın 8-də yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını istəyib. DİN-in 102 xidmətinə məlumat verilib.