SON XƏBƏR

Jurnalist Elçin Rəhimov seçicilərinə müraciət etdi

Yanvar 30
14:22 2020
29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizəd Elçin Rəhimov seçicilərinə müraciət edib.
Müraciəti təqdim edirik:

Mən, Rəhimov Elçin Akif oğlu Sizin Parlamentdə təmsilçiniz olmaq üçün bu seçkiyə qatılmışam.
 
Peşəkar jurnalist, şair-publisistəm. Hakimiyyətin əksər məsələlər üzrə siyasəti ilə razılaşmıram.
 
Qarabağın işğalda qalmasını, korrupsiyanı, rüşvətxorluğu, regionçuluğu, kəskin təbəqələşməni, monopoliyanı, yüksək faizli bank kreditlərini, işsizliyi, məcburi miqrasiyanı, fərsiz idarəçiliyi, seçkilərin total saxtalaşdırmasını, dövlət hakimiyyətinin bir əldə cəmlənməsini, hüquq və azadlıqların boğulmasını, məmur kapitalizmini, pullu ali təhsili, tibbi sığortanın tətbiq edilməməsini, müxtəlif qruplar arasında kəskin maaş fərqini, iqtisadiyyatın neftdən asılılığını, əhalinin süni şəkildə paytaxta yığılmasını, gənclərə qarşı diqqətsizliyi və onlara dəstək verilməməsini, "İpoteka”nın əlçatmazlığını, insanların əmlaklarının cüzi pul müqabilində zorla əlindən alınmasını, təqaüdçülərə biabırçı məbləğdə pensiya verilməsini, əhalinin mütləq hissəsinin kasıblıq girdabında boğulmasını və yüzlərlə başqa yanlış idarəçilik səhvlərini qəbul edə bilmərəm.

SİZİN dəstəyinizlə MİLLƏT VƏKİLİ olsam, bütün bu problemlərin aradan qaldırılması uğrunda mübarizə aparacağımı bəyan edirəm.

Daimi fəaliyyət göstərən və bütün vətəndaşlarımız üçün açıq olan əlaqə telefonu (+99 455) 382-82-82.
Elçin Rəhimov kimdir?

Rəhimov Elçin Akif oğlu 7 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub.

1986-cı ildə Bakı şəhəri, Səbail rayonu, Osman Mirzəyev adına 190 saylı orta məktəbin birinci sinfinə daxil olub,1997-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib.2010-cu ildə Baki Qida Sənayesi Kollecinə qəbul olub, 2013-cü ildə həmin kolleci "Gömrük işi” ixtisası üzrə subbakalavr dərəcəsi ilə bitirib.

2003-cü ildən 2006-cı ilə kimi Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAC) çalışıb. 2015-ci ildə "Kanal 13”İnternet Televiziyasında jurnalist vəzifəsinə təyin olunub. ”Bumeranq” və "Müzakirə Saatı” verlişlərinin müəllifi və aparıcısıdır. Publisistik yazıları və şeirləri dövrü mətbuatda və sosial şəbəkələrdə dərc edilb. Şeirlərinə musiqilər bəstələnib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook