Jurnalist DSMF Gədəbəy idarəsinin rəhbəri tərəfindən döyüldü (VİDEO/FOTO)
May 06
13:45
2020
Anews.az xəbər portalının müxbiri Zaur Qəmbərov sayta daxil olan şikayətçi sorğusu əsasında araşdırma aparmaq üçün Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində olarkən həmin idarənin rəhbəri Elsun Xudaverdiyev və özünü onun sürücüsü kimi qələmə verən İsfəndiyar Qələndərov tərəfindən döyülüb, jurnalistin mobil telefonu adı çəkilən şəxslər tərəfindən sındırılıbdır.
Belə ki, mayın 4-də Zaur Qəmbərov sayta daxil olan şikayət məktubu əsasında DSMF-nin Gədəbəy rayon şöbəsinə gedib. Şikayətlə bağlı araşdırma apardığını görən DSMF Gədəbəy rayon şöbəsinin müdir müavini İbrahim Ələsgərov jurnalisti otağına dəvət edib və onu maraqlandıran sualları cavablandırıb. Bu zaman özünü Elsun Xudaverdiyevin sürücüsü adlandıran İsfəndiyar Qələndərov (DSMF Gədəbəy rayon şöbəsinin rəhbərinin xidməti maşını olmadığından ona sürücünün niyə təyin olunduğu da sual doğurur – red.) otağa daxil olur və jurnalisti nalayiq sözlərlə təhqir edərək təxribata cəlb etməyə çalışır. Bu zaman o, jurnalisti dəhlizə çıxmağa və orada haqq-hesab çəkməyə çağıraraq təhdid edir.
Dəhlizə çıxandan sonra İsfəndiyar Qələndərov DSMF Gədəbəy idarəsinin dəhlizində quraşdırılmış kameranın qarşısında jurnalisti təhqir etməkdə davam edir. Səsə gələn idarə rəisi Elsun Xudaverdiyev baş verənlərin jurnalist tərəfindən mobil telefona çəkildiyini görəndə telefonu onun əlindən zorla alaraq yerə çırpır və təpiyi ilə sındırmağa başlayır. Müxbirimiz telefonu götürmək istəyəndə isə ayağı ilə onun əllərinə zərbələr endirir.
20 dəqiqə müddətində müxbirimiz idarə rəhbəri və onun sürücüsü tərəfindən fiziki təzyiqlərə məruz qalır. Bu zaman o, müxbirimizi onun rəhbərlik etdiyi idarə ilə bağlı yazdığı tənqidi məqalələrə görə cəzalandıracağını, həbs etdirəcəyini dilə gətirərək açıq təhdidə keçir.
Cənab Xudaverdiyevə yazaraq bildiririk ki, Azərbaycan Respublikası "KİV haqqında qanuna” əsasən informasiya toplamaq, araşdırma aparmaq, məqalə və xəbərlər yazaraq ictimaiyyəti məlumatlandırmaq jurnalistin vəzifə borcudur. Əgər cənav Xudaverdiyev öz fəaliyyətində hər hansı nöqsanlara yol verib, insanları süründürüb, onların hüquqlarını pozubsa və bu kimi hallar jurnalist tərəfindən qələmə alınıbsa bu artıq dövlət məmuru və onun tabe olduğu nazirliyin rəhbərinin günahı sayıla bilər. Buna görə, jurnalisti təhqir və təhdid etmək, xüsusilə də döymək, əmlakına ziyan vurmaq yolverilməzdir. Hətta deyərdik ki, dövlət məmurunun Azərbaycan Respublikasının prezidenti tərəfindən ölkəmizin idarəçiliyi ilə bağlı həyata keçirdiyi ciddi islahatlar şəraitində bu kimi hərəkətlər birbaşa ölkə rəhbərliyinə qarşı təxribat kimi dəyərləndirilməlidir.
Məsələ lə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Amma nazirlikdən problemə qəribə bir cavab aldıq. Cavabda deyilir di ki, "4 may 2020-ci il tarixdə saat 11.05 radələrində Zaur Qənbərov şöbənin inzibati binasında şöbə müdiri İbrahim Ələsgərovun otağına gələrək onu təhqir edib, səs küyə sürücü İsfəndiyar Qələndərov otağa daxil olarkən onu da hədələyərək sürücü ilə mübahisəyə eidb. İdarənin iş ahəngini 40 dəqiqəyə kimi pozub”.
Nazirliyə jurnalistin qırılmış telefonu və jurnalistin qan içində olan əllərinin fotolarını təqdim etməyimizə, hadisənin DSMF Gədəbəy şöbəsinin dəhlizində quraşdırılmış kameranın qarşısında baş veridiyini bildirsək də nədənsə nazirlik rəsmiləri bu faktlara biganə qalaraq öz əməkdaşlarının əməllərini ört-basdır etməyə çalışdıar. Şübhə etmirik ki, Elsun Xdudaverdiyev kimilərin nazirlik rəhbərliyi tərəfindən cəzasız qalması özlərini vətəndaşlara və jurnalistlərə qarşı belə qanunsuz və hüquqa zidd aparmalarına rəvac verən amillərdəndir.
Qeyd edək ki, bizim saytımızda Elsun Xudaverdiyev dəfələrlə tənqid edilib. Onun fəaliyyəti redaksiyamıza vətəndaşlardan daxil olan şikayət məktubları əsasında araşdırılıb və vətəndaşların hüquqlarının pozulması aşkar edilib. Zaur Qənbərovun araşdırmaları əsassız idisə nədən cənab Xudaverdiyev indiyə kimi məhkəməyə müraciət etməyib? Əksinə hüquq müstəvisində mübarizə aparmaq yerinə cəzasızlıqdan gözləri kor olan dövlət məmuru jurnalisti dövlət idarəsində döyməyə üstünlük verib. Təkcə bu fakt adı çəkilən şəxsi xarakterizə etməyə imkan verir. Məsələ ilə bağlı artıq tərəfimizdən hüquq mühafizə orqanlarına müraciət edilib, Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərovun xuliqanlıq, o cümlədən vəzifəsindən sui-istifadə etmək üstündə cinayət məsuliyyətinə cəlb olunması tələb edilibdir.

Bütün deyilənləri əsas gətirərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət edir, Gədəbəy rayonunda baş verən bu özbaşınalığa son qoyulmasında bizə yardımçı olmasını xahiş edirik.
Qlobal.az