SON XƏBƏR

Jurnalist Cəmil Məmmədliyə qarşı cinayət işi açıldı

Yanvar 17
14:33 2023
Jurnalist Cəmil Məmmədliyə qarşı cinayət işi açıldı

Xaçmaz rayonunda çalışan jurnalist-frilanser Cəmil Məmmədliyə qarşı cinayət işi açılıb. 

Bu barədə "Turan"a Cəmil Məmmədli özü bildirib.

Cinayət araşdırmasına dekabrın 15-də Xaçmazda Məmmədlinin olduğu avtomobilin digər avtomobillə toqquşması səbəb olub: "Məsələ aydınlaşdırılan zamanı biz digər avtomobilin sürücüsü ilə nəzakətli davrandıq. Lakin o, davaya təhrik etdi və mən özümü müdafiə etməli oldum”.

"Fakt üzrə Cinayət Məcəlləsinin 221.2-ci maddəsilə (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) açılıb. Yanvarın 16-da məni ittiham irəli sürmək üçün Xaçmaz rayon polis şöbəsinə çağırdılar. Lakin vəkilim rayonda olmadığı üçün bu gün gəlməyimi istədilər. Bu gün Daxili İşlər Nazirliyinə müraciət etmək üçün Bakıya gəldim, ancaq məni qəbul etmirlər”, deyə Məmmədli bildirib.

O hesab edir ki, ona qarşı təxribat törədilib və bunun arxasında Quba rayon icra başçısı dayanır. Əvvəllər onun iddiası üzrə islah işlərinə məhkum edilib: "2021-ci ildə mənim həbsimə nail olmaq istədi, o zaman alınmadı,  indi də işi saxtalaşdırıblar”.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Turan-a təsdiqləyiblər ki, faktla bağlı Xaçmaz polisində araşdırma aparılır.

Cəmil Məmmədlini 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook