Jirinovski siyasətçiləri zibil adlandırdı
Oktyabr 16
16:21
2015
Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Dövlət Dumasının iclasında "Ədalətli Rusiya” Partiyasından olan bir neçə siyasətçini zibil adlandırıb.
"Ponomaryov, Mitrofanov, Qudkov. Onlar ("Ədalətli Rusiya”) bütün ölkədən zibilləri yığıblar”, - Rusiya KİV-ləri bildirir ki, Jirinovski belə deyib.
RLDP lideri əlavə edib ki, deputatların həbsinin lehinə səs verəcək.
Deputat Ponomaryovun həbsi ilə bağlı prokurorluğun tələbinə bu gün Moskva vaxtı ilə saat 16:00-da baxılacaq.
Ponomaryovun müdafiəçiləri bu qərardan şikayət versələr də, Moskva şəhər məhkəməsi həbsin qanuniliyini təsdiqləyib. Deputat indi beynəlxalq axtarışdadır



