SON XƏBƏR

Jerar Depardye Parisdə saxlanıldı

Aprel 29
13:44 2024
Məşhur fransız aktyor Jerar Depardye saxlanılıb. Bu barədə Fransanın BFMTV telekanalı mənbəyə istinadən məlumat verib.

Telekanalın məlumatına görə, aktyor bu gün səhər saatlarında Parisdə polis bölməsinə çağırılıb və barəsində saxlanılma qərarı verilib.

BFMTV qeyd edib ki, aktyor iki qadına qarşı cinsi təcavüz ittihamı ilə bağlı saxlanılıb.

Bildirilib ki, ilk hadisə 2014-cü ildə "Sehrbaz və siamlar” ("Magicien et les Siamois”, 2015) filminin, ikinci hadisə isə 2021-ci ildə "Yaşıl panjurlar” ("Les Volets verts”, 2022) filminin çəkiliş meydançasında baş verib. Aktyor özü bütün ittihamları rədd edir.

Qeyd edək ki, daha əvvəl Jerar Depardyeyə qarşı bir neçə analoji şikayətlər verilib. Ən son şikayətlərdən biri ispaniyalı jurnalist Rut Basa tərəfindən qalıdırlıb. Basanın sözlərinə görə, hadisə 1995-ci ildə, o, 23 yaşında ikən Parisdə "Cinemania” jurnalı üçün aktyordan müsahibə aldığı zaman baş verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook