SON XƏBƏR

Jalə Əhmədova seçicilərlə görüşlərini uğurla davam etdirir - FOTO

Fevral 01
13:56 2020
59 saylı Salyan seçki dairəsindən deputatlığa namizəd Jalə Fərhad qızı Əhmədova seçicilərlə görüşlərini uğurla davam etdirir. 
 
Qlobal.az xəbər verir ki, Jalə Əhmədova Sarvan kəndində şəhid atası Cahangir Qaraşovun ailəsini ziyarət edib. Kənd ağsaqqallarının, ağbirçək anaların, ziyalıların da iştirak etdiyi məclisdə çıxış edənlər birmənalı olaraq Jalə Əhmədovanı dəstəklədiklərini, 9 fevral seçki günündə məntəqələrə gedərək ona səs verəcəklərini bildiriblər. 
 
Xoş əhval-ruhiyyədə davam edən məclisdə Jalə Əhmədova hər zaman seçicilərinin yanında olacağını, onların qayğı və problemlərinin həlli istiqamətində çalışacağını bildirib. 
 
Hər bir ailədə, hər bir evdə sevinclə qarşılanan Jalə Əhmədova qapı-qapı, evbəev gəzərək seçicilərlə görüşlərini davam etdirir. 
 
Qlobal.az
 

 
 
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook