İtaliyalı alim Xəzər Universitetində mühazirə oxuyub
Noyabr 07
14:01
2015
İtaliyanın Del-Salento Universitetinin professoru Lusiana Dini Xəzər Universitetində müəllim və tələbələrə "Nanohissəciklərin hüceyrələrlə in vitro qarşılıqlı əlaqəsi və biouyumluluğu” mövzusunda mühazirə oxuyub.
Qlobalinfo.az AZƏRTAC-a istinadən xəbər ki, mühazirədə müxtəlif formalı və tərkibli nanohissəciklər, onların biologiyanın və tibbin müxtəlif sahələrində, gündəlik həyatda istifadəsi, əhəmiyyəti, toksik təsirləri, hüceyrələrlə qarşılıqlı əlaqəsi barədə məlumat verilib.
Sonra Del-Salento Universitetinin bioloji və ətraf mühit elmləri və texnologiyaları tədqiqat departamenti ilə Xəzər Universiteti arasında biotexnologiya üzrə elm və tədris sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılıb.