İtaliyadan İŞİD-lə bağlı son qərar: "Qoşulmuruq"
Noyabr 18
12:40
2015
İtaliya Suriyada hərbi əməliyyatlara qoşulmayacaq.
Qlobalinfo.az xəbər verir ki, bunu İtaliya Müdafiə naziri Roberto Pinotti Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin toplantısında deyib.
"İtaliya da İraqda İŞİD-ə qarşı ön cəbhədə döyüşən ölkələrdən biri olub. Suriyada koalisiyaya qoşulacağımızı güman etmirəm.
Lakin İraqdakı döyüşçü sayını 500-dən 750-yə qaldırmağa hazırlaşırıq”, - deyə nazir əlavə edib.



