SON XƏBƏR

İtaliyada Covid-19 araşdırmasının nəticəsi çap edildi - Sensasiya

İyun 19
23:10 2020
İtaliyada elm adamları koronavirusun Turin və Milanın çirkab sularında ötən ilin dekabr ayında mövcud olması qənaətinə gəldilər.
 
Qaynarinfo xəbər verir ki, bu haqda ölkənin Ali Səhiyyə İnstitutunun mütəxəssislərinin məlumatında deyilir. İnstitutun saytında verilən məlumata görə, 2019-cu ilin oktyabrından 2020-ci ilin fevralına qədər götürülmüş 40 çirkab sularının nümunəsini araşdırılıb.

Nəticədə 18 dekabr 2019-cu ildə Milanda və Turində və 29 yanvar 2020-ci ildə Boloniyada götürülmüş nümunələrdə koronavirus RNT aşkar edilib. Patogenlər eyni şəhərlərdə 2020-ci ilin yanvar və fevral aylarında götürülmüş nümunələrdə də tapılıb.

Suyun keyfiyyəti və Sağlamlıq departamentinin direktoru Luka Lusentini vurğulayıb ki, bu, İtaliyanın şimalında koronavirusun çirkab sularından yayılması demək deyil. Bununla birlikdə, koronavirusun ölkə daxilində necə yayıldığını anlamaq üçün daha çox araşdırma tələb olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook