SON XƏBƏR

İtaliya daha bir rusiyalı oliqarxın və oğlunun villasına həbs qoydu - KİV

Aprel 12
11:36 2022
İtaliya hakimiyyəti 23 yaşlı rusiyalı Formula 1 pilotu Nikita Mazepin və onun atası, milyarder "Uralxim” şirkətinin baş direktoru Dmitri Mazepinlə əlaqəli Sardiniyada Rocky Ram villasını ələ keçirib.

Qaynarinfo "European Pravda”ya istinadla xəbər verir ki, bu barədə "Reuters” polisdəki mənbələrə istinadən yazıb.

Müsadirə olunan əmlakın ümumi dəyəri təxminən 105 milyon avro təşkil edir. Villa Sardiniya adasının şimalında yerləşir.

Mart ayında ABŞ-a məxsus Formula 1 komandası "Haas”dan qovulan Mazepin Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinin üzvü hesab edilən atası Dmitri ilə birlikdə Aİ-nin sanksiya siyahısına salınıb.

Son həftələrdə İtaliya polisi Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Aİ-nin sanksiya siyahısına salınmış varlı rusiyalıların 900 milyon avro dəyərində villa və yaxtalarını müsadirə edib.

İndiyədək ələ keçirilən ən qiymətli aktiv milyarder Andrey Melniçenkonun Triest limanında ələ keçirilən, təxminən 530 milyon avro dəyərində olan superyaxtasıdır.

Aprelin 3-də İtaliya polisi rəsmilərin dediyinə görə, sanksiya siyahısında olan rusiyalıya məxsus olduğunu bildirən 3 milyon avro dəyərində yaxtanı həbs edib.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook