SON XƏBƏR

İsveçrə Rusiyanın 8 milyard aktivini dondurub

Dekabr 05
14:17 2022
İsveçrə Rusiyanın 7.5 milyard İsveçrə frankı məbləğində maliyyə aktivini dondurub. 

Bu, təxminən 8 milyard dollar deməkdir.
 
Bu addım Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə ona qarşı tətbiq edilən sanksiyalarla bağlı atılıb.

Müharibənin başlamasından bir neçə gün sonra adətən neytral olan İsveçrə hökuməti, isveçrəli bankları sanksiya obyektinə çevrilmiş müştərilər və ya firmalar haqqında məlumatları təhvil verməyə məcbur etməklə Avropa Birliyinin Moskvaya qarşı olan sanksiyalarına qoşulmağa qərar verib. 

İsveçrə banklarına Rusiya vətəndaşlarından, habelə rusiyalı fiziki və hüquqi şəxslərdən 100 min frankdan (təxminən 110 min dollardan) çox məbləğdə əmanət qəbul etmək qadağan edilib.

Zəngin rusiyalılar üçün məşhur yerlərdən olan İsveçrədə sanksiyalara məruz qalan rusiyalı fiziki şəxslərə və şirkətlərə məxsus olan 15 mülk də müsadirə edilib.
 
Camal Cavadbəyli



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook