SON XƏBƏR

İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Mart 14
12:45 2016
Martın 15-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin ümumi məbləği 20 milyon manat olan dövlət qısamüddətli istiqrazlarının (DQİ) və dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
 
Bakı Fond Birjasından AZƏRTAC-a bildiriblər ki, hərracda nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün (DQİ) və 364 gün (DOİ) olan istiqrazlar təqdim olunacaq.
 
İstiqrazlar üzrə ödəmə tarixi sentyabrın 13-ü (DQİ) və 2017-ci il martın 14-dür (DOİ). Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. İstiqrazların buraxılışı üzrə anderrayter vəzifəsində "Unikapital" ASC iştirak edəcək.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook