İstilik qiymətlərində artım olacaq? (RƏSMİ)
Noyabr 03
12:24
2021
İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, istilik qiymətlərinin artırılması nəzərdə tutulmayıb.
Hazırda əhali qrupu üzrə 1 kvadratmetr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır.