SON XƏBƏR

İstidən yanan İngiltərədə böyük təhlükə: qorxunc xəstəlik yayıla bilər

İyul 27
09:36 2018
İngiltərədə yüksək temperatur böyük fəlakətə səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, sabah temperaturun 38 dərəcəyə qalxması gözlənilir. İsti hava şəraitinin Londonda havanın çirklilik səviyyəsinin kəskin yüksəlməsinə səbəb ola biləcəyi deyilir. Vətəndaşlar hava şəraiti ilə əlaqədar dövlətdən daha çox tədbir görülməsini tələb edib. 

Məsələ ilə bağlı açıqlama verən Londonun bələdiyyə sədri Sadiq Xan son 6 ayda ölkədə ilk dəfə fövqəladə vəziyyətin elan edilə biləcəyini, belə getsə, 2050-ci ilə qədər istilik səbəbilə insan ölümlərinin baş verəcəyini deyib.
 
Havaların həddən artıq isti keçməsi sağlamlıqla bağlı xiddi fəlakətə səbəb ola bilər. Əsasən də vəba xəstəliyinin yenidən yayıla biləcəyi ehtimal edilir.

2003-cü İngiltərədə tempratur 38,5 dərəcəyə yüksələrək rekord qırmış və nəticədə vəba xəstəliyi yayılmışdı. İnsanlara əsasən siçanlarla keçən bu xəstəliyin yayılmasında böcəklər də iştirak edir və sürətlə yayılır.

Qeyd edək ki, İngiltərədə 2003-cü ildə havanın temperaturu 38,5 dərəcəyə yüksəlmiş, taun epidemiyası yayılmışdı.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook