SON XƏBƏR

İstanbula yağan qar üzündən 200-dən çox təyyarə reysi təxirə salındı

Fevral 06
12:44 2023
Türkiyənin aşağı büdcəli aviaşirkəti Pegasus Hava Yolları İstanbula yağan qar səbəbindən Sabiha Gökçen hava limanına və oradan 200-dən çox uçuşu təxirə salıb. 

Qaynarinfo "Hürriyet"yə istinadla xəbər verir ki, fevralın 6 və 7-də 200-dən çox reys təxirə salınıb.

Qeyd olunur ki, aviaşirkətin sərnişinləri biletləri başqa tarixə pulsuz dəyişdirə və ya bileti ləğv edib pulunu geri ala bilərlər. Eyni zamanda şirkət xəbərdarlıq edib ki, hava şəraiti ilə əlaqədar səlahiyyətlilərin qərarı ilə ləğv edilən uçuşların sayı arta bilər.
Bundan əlavə, həm beynəlxalq, həm də daxili reyslər ləğv edilib.

Qar yağması ilə əlaqədar İstanbul rəsmiləri də küçələrdə motosikletlərin, elektrikli skuterlərin və kuryerlərin skuterlərdə hərəkətini qadağan edib və vətəndaşları çox zərurət olmadıqca küçəyə çıxmamağa çağırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook