SON XƏBƏR

İsraillilərə Səudiyyə Ərəbistanına səyahət etmək izni verildi

Yanvar 27
03:17 2020
İsrail daxili işlər nazirliyi ölkə vətəndaşlarına Səudiyyə Ərəbistanına dini və biznes məqsədlərlə səyahət etmə icazəsi veriləcəyini açıqlayıb.

Musavat.com AFP agentliyinə istinadən xəbər verir ki, iki dövlət arasında rəsmi diplomatik münasibətlərin qurulmamasına rəğmən rəhbərlik səviyyəsində isti münasibətlərin yaranması yeni prosesə start verib. Xüsusilə İsrail baş naziri Benyamin Netanyahu ərəb ölkələri ilə əlaqələrin yumşaldılması siyasəti ilə tez-tez öyünür.

İsrail Daxili işlər nazirliyinin bildirdiyinə əsasən, müsəlman vətəndaşlar üçün həcc və ümrə ziyarətlərində heç bir əngəl yaradılmayacaq. Nazirliyin məlumatında əvvəllər bənzər səfərlər üçün hökumətin xüsusi razılğının alınmasının tələb olunduğu qeyd edilir.

Bundan başqa yəhudi əsilli israillilər də biznes əlaqələrinin qurulması və sazişlərin əldə edilməsi üçün Səudiyyə Ərəbistanına səyahət edə biləcəklər. Ölkə mediası artıq bəzi yəhudi vətəndaşların xarici pasport və ya icazə ilə bu tip səfələri gerçəkləşdirə bildiklərini yazır.
 
Lakin iş səfərləri üçün İsrail xüsusi xidmət orqanının (Mossad) və digər müvafiq strukturların xüsusi sənədi də tələb olunacaq.
 
Xatırlatmaq lazımdır ki, İsrailin sadəcə iki ərəb dövləti-Misir və iordaniya ilə diplomatik münasibətləri var.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook