SON XƏBƏR

İsrailli sabiq nazir İranın Zəngəzur dəhlizi əleyhinə siyasətini pisləyib

May 18
11:23 2023
İsrailin geniş oxucu kütləsinə malik populyar nəşri "İsrael Hayom”da "Raket hücumlarının qurbanları ilə həmrəy olaraq” sərlövhəli məqalə dərc olunub.

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın qələmə aldığı məqalədə ölkəsini mütəmadi olaraq raket atəşinə tutan terror qruplaşmasının İran İslam Respublikasının əlaltısı olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, molla rejimi bütün maliyyə vəsaitləri ilə bölgədə terroru dəstəkləyir. Belə ki, İsrail silahlı qüvvələrinin terrorçulara qarşı keçirdiyi "Qalxan və ox” əməliyyatı ilə eyni vaxtda Ermənistanla Azərbaycan arasında Azərbaycan mövqelərinin atəşə tutulması ilə nəticələnən atışma baş verib. Sözügedən münaqişədə Tehrandakı molla rejiminin Ermənistanı dəstəklədiyini vurğulayan sabiq nazir buna səbəb kimi bu yaxınlarda Tel-Əvivdə səfirlik açan Azərbaycanın İsrail dövlətinin strateji müttəfiqi olduğunu göstərib.

Məqalədə molla qaragüruhunun dəfələrlə "Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” bəyanatını verdiyi də diqqətə çatdırılıb. Qeyd olunub ki, həmin səbəbdən İran onun Ermənistanla əlaqəsini kəsən və Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin açarı olan Zəngəzur dəhlizinə qarşı qətiyyətlə çıxır və Azərbaycana qarşı sərhədyanı hücumlar həyata keçirən Ermənistanı dəstəkləyir.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: https://www.israelhayom.com/2023/05/16/887857/



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook