SON XƏBƏR

İsrailli pediatrlar Azərbaycanda uşaqları müayinə edəcəklər

İyun 14
11:12 2022
İsrailli pediatrlardan ibarət nümayəndə heyəti Bakıya gəlib.

"Report” xəbər verir ki, onlar 50 azərbaycanlı uşağı müayinədən keçirəcəklər.

Səfər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilir.

İsrailin Azərbaycandakı səfiri Corc Dik uşaqların hər bir ölkənin gələcəyi olduğunu bildirərək, bu təşəbbüsün İsrail və Azərbaycan arasında münasibətlərdə yeni səhifə olduğunu vurğulayıb.

"Bu, ölkələrimiz arasında sıx əməkdaşlığı göstərən çox vacib məqamdır. Ötən il də bir qrup israilli həkim Azərbaycana səfər etmiş və İkinci Qarabağ müharibəsində yaralanmış hərbçilərin müalicəsini həyata keçirmişdilər”, - səfir deyib.

Bakıya gələn nümayəndə heyətinin üzvü, İsrailin Ümumdünya Səhiyyə Təşkilatındakı (ÜST) nümayəndəsi İzabella Karakas Bakıda anadan olduğunu, burada böyüdüyünü və yenidən doğma şəhərə qayıtmaqdan məmnun olduğunu bildirib.

Onun sözlərinə görə, israilli həkimlərin hazırkı missiyası son dərəcə mühüm əhəmiyyət kəsb edir.

"Mənim ixtisasım ətraf mühitin epidemiologiyasıdır. Biz tədqiqatlar, uşaqların sağlamlığı, hamiləlik və onun mərhələləri kimi məsələlər haqqında danışacağıq, çünki uşaqlarda ilkin problemlər elə ana bətnində yaranır”, - o deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook