SON XƏBƏR

İsrailin fövqəladə və səlahiyyətli səfiri Dan Stav: İsrail "Cənub Qaz Dəhlizi" layihəsinə qoşula bilər

Dekabr 10
10:50 2015
İsrail Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan "Cənub Qaz Dəhlizi” layihəsinə perspektivdə qoşula bilər. Bunu Trend-ə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav deyib. Onun sözlərinə görə, tərəflər bu istiqamətdə artıq danışıqlar aparıb: "İsrail ölkənin yekun enerji siyasətini müəyyənləşdirdikdən sonra bu məsələyə baxılacaq”.
 
D.Stav qeyd edib ki, İsrail enerji sahəsində Azərbaycanın fəaliyyətinə böyük önəm verir: "Azərbaycan İsrailə neft tədarük edən mənbələrdən biridir və biz hər hansı formada layihədə iştirak edə bilərik. Lakin bunadək həll edilməli olan bəzi texniki və siyasi məsələlər var”.
 
O əlavə edib ki, İsrailin enerji sahəsində kifayət qədər təcrübəsi yoxdur: "Biz bu məsələ üzrə siyasətimizi dəqiq formalaşdıra bilmərik”.
 
Diplomatın sözlərinə görə, neftin qiymətinin ucuzlaşdığı şəraitdə Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirə bilərdi: "İkitərəfli əməkdaşlığın genişləndirilməsinin digər istiqamətləri informasiya texnologiyaları və startap-layihələr ola bilər”. D.Stav diqqətə çatdırıb ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook