İsrailin endirdiyi hava zərbəsi nəticəsində Suriyaya məxsus RLS məhv edilib
May 10
09:38
2018
Bu gecə İsrailin endirdiyi hava zərbəsi nəticəsində Suriyaya məxsus radiolokasiya stansiyası (RLS) məhv edilib.
APA-nın xəbərinə görə, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb. "Ölkənin havadan müdafiə qüvvələri İsrailin onlarla raketini vursa da, onlardan bəziləri hədəflərə çatıb, bir radiolokasiya stansiyası məhv edilib”, məlumatda deyilir.
Bundan əvvəl Qolan yüksəkliyində İsrail hərbçilərinin nəzarətindəki ərazi Suriya istiqamətindən atəşə tutulub. İsrail Müdafiə ordusunun yaydığı açıqlamada bildirilir ki, İranın "Əl-Qüds" qüvvələri tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub. Buna cavab olaraq İsrail aviasiyası Suriya ərazisində bir sıra hərbi obyektləri bombalayıb.