SON XƏBƏR

İsraildə Şolts müharibəni uzun müddət dayandırmağa çağırdı

Mart 18
11:33 2024
Almaniya kansleri Olaf Şolts İsrailə səfəri zamanı "uzunmüddətli atəşkəs” və ya HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə çağırıb.

Qaynarinfo xəbər verir ki, Şolts bunu İsrailin baş naziri Benyamin Netanyahu ilə Qüdsdə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Bizə uzunmüddətli atəşkəslə girovların azad edilməsi üçün razılaşma lazımdır", - o deyib. 

"Biz beş ay ötəndən sonra "Hələ də əsirlikdə olanları xilas etmək üçün girovların hərtərəfli azad edilməsi barədə razılaşmanın vaxtı çatıb” deyən girov ailələrini başa düşürük”, - Almaniya kansleri əlavə edib.

ŞoLtsun səfəri İsrail rəsmilərinin Qətərdə İsrail və HƏMAS arasında yeni atəşkəsin təmin edilməsi məqsədi ilə keçiriləcək danışıqların yeni raundunda iştirak etməsi gözlənilən danışıqlar qrupunun mandatını müzakirə etməli olduğu gün baş tutub.

Bundan əvvəl İordaniya kralı ilə danışıqlar zamanı Şolts vurğulayıb ki, İsrailin Rəfaha hücumu regionda sülhü "çox çətinləşdirəcək”.

İsrail cümə günü beş aylıq müharibədən sonra Qəzzanın 2,3 milyon əhalisinin yarısından çoxunun sığındığı Rəfah üçün hücum planını təsdiqləyib.

İsrail deyir ki, Rəfah HƏMAS-ın son qalalarından biridir və onu dağıtmağa söz verib - sakinlər təxliyyə olunacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook