İsraildə etirazçılar hərbi bazalara girdi
İyul 30
11:28
2024
İsraildə etirazçılar fələstinli məhbusla pis rəftar etməkdə şübhəli bilinən əsgərlərin həbsinə görə Sde Teyman və Beyt Lid hərbi bazalarına basqın ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel” məlumat yayıb.
Qeyd olunur ki, kütləvi etirazlara baş nazir Benyamin Netanyahunun koalisiyasının sağçı üzvləri səbəb olub və Likud partiyasından olan Knessetin (parlament) bəzi üzvləri digər etirazçılarla birlikdə hərbi bazalara daxil olub.
Baş nazir Netanyahu, həmçinin İsrail Silahlı Qüvvələrinin komandanı Herzi Halevi, müdafiə naziri Yoav Gallant və prezident Yitzhak Herzoq iğtişaşları tənqid edərək, onu qanunsuz və anarxiya ilə sərhəd adlandırıb və israilliləri sakit olmağa çağırıblar. Halevi şəxsən Beyt Lid bazasına gəlib və orada vəziyyəti qiymətləndirib.
Etirazçılar dağıdılıb, həbslər və xəsarət alanlar barədə məlumat yoxdur.
2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox şəxsi girov götürməsi ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb, məqsəd girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsidir.