SON XƏBƏR

İsrail Türkiyəyə yardım üçün hərəkətə keçdi

Fevral 06
10:21 2023
İsrailin xarici işlər naziri Eli Koen Türkiyəyə başsağlığı verib.

Qaynarinfo xəbər verir ki, nazir bu barədə "Twitter"də yazıb.

Eli Koen bildirib ki, rəhbərlik etdiyi quruma Türkiyəyə ağır fəlakətlə mübarizə üçün sürətli yardım proqramına rəhbərlik etməyi tapşırıb:

"Dünən gecə Türkiyənin cənubunda baş verən şiddətli zəlzələ ilə əlaqədar İsrail dövləti adından türk xalqına dərin hüznlə başsağlığımızı bildirirəm. Qəlbimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını arzu edirik. Mən Xarici İşlər Nazirliyinə ağır fəlakətlə mübarizə üçün Türkiyəyə sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdım”, deyə Eli Koen yazıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook