İsrail tarixində ilk dəfə NATO təliminə dəvət edildi
İyun 05
13:06
2018
NATO-nun "Qılınc zərbəsi-18” genişmiqyaslı hərbi təliminə İsrail də qatılıb.
Axar.az xəbər verir ki, "Haaretz” İsrailin NATO təlimində ilk dəfədir iştirak etdiyini yazıb. Rəsmi Təl-Əviv artıq Şərqi Avropaya öz hərbçilərini göndərib.
İsrail "Qılınc zərbəsi-18” təliminin ikinci hissəsində iştirak edəcək. Bu hissədə bir neçə ölkədə müharibə aparılması, xarici qüvvələrin aviazərbələrinə müqavimət məsələləri sınaqdan keçiriləcək.
Qeyd edək ki, "Qılınc zərbəsi–18” təlimi iyunun 3-də Polşa və Baltikyanı ölkələrin ərazisində başlayıb. 15 iyuna qədər davam edəcək təlimə 19 ölkədən 18 min hərbçi qatılıb.