SON XƏBƏR

İsrail Suriyada İrana məxsus PUA-ların yığıldığı bazaya zərbələr endirib

Oktyabr 24
00:28 2022
İsrail İran məxsus PUA-ların yığılması üçün istifadə edilən Dimas (Suriya) hava limanını vurub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Suriyanın SOHR nəşri məlumat yayıb.
 
Bildirilir ki, İran PUA-ları üçün sursat və ehtiyat hissələrinin 2022-ci ilin yanvar ayından etibarən Dimasa daşımağa başlayıb.

Qəzet qeyd edir ki, son vaxtlar İran və onun dəstəklədiyi silahlılar hava limanına tam nəzarət edirlər.

Bundan əlavə, Hizbullah üzvləri İranın strateji silahlarını saxlamaq üçün bu hava limanında və onun ətrafında qazma işləri aparıblar.

İsrail qanadlı raketlər və idarə olunan bombalarla Dəməşq və Dimas hava limanlarına hava zərbəsi endirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook